lyrics
Mən səninləyəm sən məni ara Eşqimiz düşməsin borana qara
Birlikdə gedərəm səninlə hara Əgər sən özünlə aparsan məni.
Duyub dərk etdim özüm özümü
Qəlbimin qalmayıb daha dözümü
Budur son sözüm eşit sözümü
Qəlbimdə coşqun bir dəniz olmusan.
Qəmliyəm mənə sevinc gətir Sən
Xəstəyəm vüsala məni yetir Sən
Axı sevgilinəm məni itirsən
De birdə hardan taparsan məni.