tekst piosenki
Su atdım yara dəydi, sona bülbüllər,
Əlim divara dəydi, saçı sünbüllər,
Dilim-ağzım qurusun, sona bülbüllər,
Nə dedim yara dəydi, saçı sünbüllər
Elə yar-yar deyirlər, heç məni demirlər,
Ay sona bülbüllər.
Evləri köndələn yar, sona bülbüllər,
Bizə gül göndərən yar saçı sünbüllər,
Gülün yarpıza dönsün, sona bülbüllər,
Bizdən üz döndərən yar, saçı sünbüllər.
Dəryada gəmim qaldı, sona bülbüllər
Biçmədim, zəmim qaldı, saçı sünbüllər,
Çox çəkdim yar cefasın, sona bülbüllər,
Mənə dərd-qəmi qaldı, saşı sünbüllər.
Styl muzyki
Electronic, Techno, Pop, Indie Pop, Hip Hop, Tech House