Nə olsun ki, saçlarım dən.
Zəifləyib bir az bədən…
Əvvəlkidir qəlbim, həmən.
Qoca yox, yaşlanmışam mən…
Perrondayam, bomboş səki…
Ömür ötüb Qatar təki…
Yada düşən ötən günlər,
Həsrətimdir qəlbimdəki…
Ömür ki var, qədrin bilin…
Qiyməti yox günün, ilin…
İncitməyin siz bir-birin,
Sevilməkçin siz də sevİn…
Ey şütüyüb gedən qatar…
Görürəm, boş yerlər də var…
Tələsməyib, bir az dayan,
Boş perrondan məni apar…