เนื้อเพลง
Sağlam başla gözlə dünyaya gəlmək.
İnsan tək yaşamaq, insan tək ölmək.
Hər şeydən zövq almaq sevmək sevilmək.
Eşq Məhəbbət də Pula bağlıdır.
Pul cadu- pul əməl.
Olub hər şeyə təməl.
Varlını güldürüb.
Kasıbın belin əyər.
Pulun varsa, var hər şeyin.
Pulun yoxsa artacaq qəmin.
Pulun varsa var hörmətin.
Pulsuz keçməz sözün söhbətin.
Şəriət Quranı axtarsan əgər.
Bir ayə bəxş olar orda mötəbər.
O Dünyada bir Cənnət var deyirlər.
İnan o Cənnət də Pula bağlıdır.
Pul cadu- pul əməl.
Olub hər şeyə təməl.
Varlini güldürüb.
Kasıbın belin əyər.
Pulun varsa var hər şeyin.
Pulun yoxsa artacaq qəmin.
Pulun varsa var hörmətin.
Pulsuz keçməz sözün söhbətin.
Pulun varsa bu Dünya Cənnət.
Pulsuz Cəhənnəm çək əziyyət .
Hər şey Pula bağlı, budur vəziyyət.
Ey pulu yaradan, sənə min lənət