rast gəlməyəydin

1224

Music Created By Nebi Serdaroglu With Suno AI

Cover of the song rast gəlməyəydin
rast gəlməyəydin
v4

@Nebi Serdaroglu

Cover of the song rast gəlməyəydin
rast gəlməyəydin
v4

@Nebi Serdaroglu

Lyrics
Səni çox görürdüm yuxu-röyada,
Mənə bəs edirdi həddən ziyada,
Hardan xatırladın, qız, saldın yada;
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Mənmi incimişdim,sənmi incikdin?!
Mənmi ləngimişdim,sənmi gecikdin?!
Nə mən deyə bildim,nə sən söylədin,
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Nə sən həmən o-san,nə mən həmən o,
Hardadı yarpaqtək əsən həmən o,
"Sevirəm,sevirəm" deyən həmən o?...
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Vurdun dağ üstündən çiləni,dağı,
Niyə indi gəldin,niyə vaxt çağı,
De,harda itmişdin yox idin axı,
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Nə sən həmən o-san,nə mən həmən o,
Hardadı yarpaqtək əsən həmən o,
"Sevirəm,sevirəm" deyən həmən o?
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Mənmi incimişdim,sənmi incikdin?!
Mənmi ləngimişdim,sənmi gecikdin?!
Nə mən deyə bildim,nə sən söylədin,
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Artıq nə sən o-san,nə mən həmən o,
Hardadı yarpaqtək əsən həmən o,
"Sevirəm,sevirəm" deyən həmən o?...
Kaş çıxıb qarşıma rast gəlməyəydin.

Artıq nə sən o-san,nə mən həmən o,
Hardadı yarpaqtək əsən həmən o,
"Sevirəm,sevirəm" deyən həmən o?...
Kaş çıxıb qarşıma rast gəlməyəydin.
Style of Music
melodik.emosional azerbaijani folk muzik,guitar lead,a baritone voice

You Might Like

Cover of the song Alphabet Away It Goes
v6 Mini

Created By Pardeep Dhakad With Suno AI

Cover of the song Как просто
v6 Wild

Created By MrKomSS With Suno AI

Cover of the song طيب ذكر المصطفى
v6 Mini

Created By رد الحقوق رد الحقوق With Suno AI

Cover of the song Ella y ...
v4.5

Created By Roberty Blandino With Suno AI

Related Playlist