歌詞
Ağıllı, ağılsız min bir şahı var. Nökər istəyi var, bəy tamahı var. Kimi haqqa çəksən, min günahı var. Şeytan olan yerdə Dünya düzəlməz. Dünya düzəlməz... Dünya düzəlməz. Şeytan olan yerdə Dünya düzəlməz. Qarğalar bürüyüb kəndi şəhəri. Haqsızlıq bürüyüb,bütün aləmi. Yalan susdurubdur, Düzün səsini. Şeytan olan yerdə Dünya düzəlməz. Dünya düzəlməz... Dünya düzəlməz. Şeytan olan yerdə, Dünya düzəlməz. Qurdlar quzuları tutan tələdir. Kasıbın belini əyən sələdir. Vallahi bu Dünya daim belədir. Şeytan olan yerdə Dünya düzəlməz. Dünya düzəlməz... Dünya düzəlməz. Şeytan olan yerdə Dünya düzəlməz. Dünya düzəlməz... Dünya düzəlməz! Şeytan olan yerdə Dünya düzəlməz. Dünya düzəlməz... Dünya düzəlməz! Şeytan olan yerdə, Dünya düzəlməz!