o çağlar

1096

Música creada por Nebi Serdaroglu con Suno AI

Portada de la canción o çağlar
o çağlar
v4

@Nebi Serdaroglu

Portada de la canción o çağlar
o çağlar
v4

@Nebi Serdaroglu

Letra
Hər yada saldıqca ötən günləri,
O gözəl dünləri, xoş dünənləri,
Bir az da yüksəlir şanı-ünləri...
Hələ də anlaya bilmirəm düzü
Yaxşı o çağlarmış yoxsa bizmişik.

"Heyif o günlərdən" deyib dururuq,
Bugünkü saatdan, gündən oluruq,
Hələ bir keçmişlə xəyal qururuq,
Hələ də anlaya bilmirəm düzü,
Yaxşı o çağlarmış yoxsa bizmişik.

Bu günün nəyi var, günə nə olub,
Hamı ötənlərə pərvanə olub,
O çağlar nə imiş-əfsanə olub,
Hələ də anlaya bilmirəm düzü,
Yaxşı o çağlarmış yoxsa bizmişik.

"Heyif o günlərdən" deyib dururuq,
Bugünkü saatdan, gündən oluruq,
Hələ bir keçmişlə xəyal qururuq,
Hələ də anlaya bilmirəm düzü,
Yaxşı o çağlarmış yoxsa bizmişik.

Daş həmin qayadan, qaya o dağdan,
Bağ da həmən dağdan, dəyişən bağban,
Zaman həmən zaman, insan o insan-
Hələ də anlaya bilmirəm düzü,
Yaxşı o çağlarmış yoxsa bizmişik.

"Heyif o günlərdən" deyib dururuq,
Bugünkü saatdan, gündən oluruq,
Hələ bir keçmişlə xəyal qururuq,
Hələ də anlaya bilmirəm düzü,
Yaxşı o çağlarmış yoxsa bizmişik.
Estilo de música
rhithmic=melodik.emosional azerbaijani folk muzik,guitar lead,a baritone voice

Te podría gustar

Portada de la canción MIDNIGHT FREQUENCY
v6 Mini

Creado por József Smolcz con Suno AI

Portada de la canción Kéz
v4.5

Creado por László Nyári con Suno AI

Portada de la canción Napelem-modul, nyomaték
v4.5

Creado por Dienes László con Suno AI

Lista de reproducción relacionada